Vətəndaşlara qarşı açıq soyğunçuluq siyasəti aparan mobil operator şirkəti medianı necə susdurur?
"Azercell Telekom” MMC ən çox bazar payı və 4 milyondan çox abunəçi sayı ilə Azerbaycanın lider mobil operatordur. "Azercell” 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabırın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. Hazırda "Azercell” ölkə əhalisinin 99,8%, ölkə ərazisinin isə 80%-ni (20% işğal olunmuş əraziləri çıxmaq şərti ilə) əhatə edir.
"Azercell” istifadəçisi olan abunəçilərindən maraqlı bir şikayət daxil olub. Şikayətçilər bu mobil operatorun dələduzluq yolu ilə milyonlar qazandığını bildirirlər. Onların sözlərinə görə, sadə hesablama və bir neçə saatlıq müşahidə aparmaqla "Azercell” abunəçilərinin neçə aldadıldığını görmək olar. Məsələ ilə bağlı ANAXEBER.TV-nin apardığı araşdırmalar onu göstəir ki, "Azercell” şirkəti müxtəlif üsullarla abonentlərindən külli miqdarda pul mənimsəyir. Şirkət müxtəlif tarif və kompaniyalara qoşulmaq üçün tələb olunan nömrələrə sms göndərməyi abonentlərinə reklam edir. Telefona gələn mesajda xidmət haqqı kimi 5 qəpik göstərilir. Ancaq kompaniyaya qoşulmaq üçün mesaj göndərdikdə isə balansdan 1 manat və ya daha çox (kompaniyadan asılı olaraq) pul çıxır. Şirkətin abonentləri aldadaraq külli miqdarda pul qazandığı saysız-hesabsız fırıldaq maxinasiyaları var. Bizim üçün adi gələn xırda rəqəmlərdən şirkət milyonlar qazanır. Təbii ki, cibimizə girməklə. "Azercell”in özünün müəyyən etdiyi qiymətdə şəbəkədaxili danışıq tarifi 7 qəpik müəyənləşib. Ancaq maraqlıdır ki, abunəçilər 50 saniyə danışanda da onların balansından 7 qəpik — yəni 1 dəqiqəlik danışığın qiyməti silinir. Nədənsə, şirkət 5 saniyə artıq danışanlara bu güzəşti etmir. Yoxladıqda əmin ola bilərsiniz ki, şirkət 1 dəqiqə 5 saniyə üçün abunəçilərin balansından 8-9 qəpik çıxır. Təəssüflər olsun ki, əksər abunəçilər bunun fərqində deyil. Ölkədəki Azercell istifadəçilərinin ümumi sayını nəzərə alsaq, bu milyonlarla halal olmayan qazanc anlamına gəlir”.
Başqa bir soyğunçuluq faktı internet xidməti ilə bağlıdır. Bu sahədə ANAXEBER.TV-nin araşdırmaları da maraqlı faktları üzə çıxarıb. "Azercell” şirkəti istifadəçilərinə təqdim etdiyi internet paketləri olan 30 MB-1 AZN, 100 MB-2 AZN, və daha çox olan bu xidməti aktivləşdirmək üçün istifadəçilər 30 yazıb 2525 nömrəsinə göndərirlər və internet paketindən istifadə edirlər . Yalnız, bu paket sona çatdıqdan sonra istifadəçinin xəbəri olmadan istəyindən asılı olmayaraq bu yenidən aktivləşir və balansdan 1AZN (və daha çox) məbləğində pul çıxılır. Nəzərinizə çatdırım ki, paket bitdikdən sonra yenidən avtomatik aktiv olma haqqında istifadəçilərə bildirilmir, deməli istifadəçilər bir dəfə bu xidmətdən istifadə edib bitdikdən sonra bu xidməti sonlandırmasa, istəmədən balansdan 1 AZN (və daha çox) məbləğində pul cıxacaq. Qısa riyazi hesablama aparsaq hər istifadəçi bir ay ərzində bu xidmətdən bir dəfə istifadə edib paket bitdikdən sonra sonlandırmasalar, 4 milyondan çox istifadəçisi olan Azercell şirkəti bundan 4 milyon manat (və daha çox) pul mənimsəyir.
Qeyd edək ki, zaman-zaman Azərbaycandakı mobil operatorların dələduzluq yolu il müştərilərinin "cibinə girməsi” barədə məlumatlar yazılıb. Əlbəttə yazılanlar real vəziyyətin çox cüzi hissəsini əhatə edir. Çünki onlar dələduzluq etməkdə çox püxtələşib. Bunları aşkarlamaq o qədər də asan deyil. Amma təəssüf hamının bildiyi – danışıq tariflərinin bahalığı, şirnikləşdirici SMS-lər, yalançı kampaniyalar və.s-lə bağlı hətta nazirlər səviyyəsində qaldırılan neqativ hallar belə çözülmür. Çox təəssüf ki, Azercell kontur, filanla bir çox jurnalisti və əksər media orqanını susdurub. Cumhuriyyet.az-ın bununla bağlı əldə etdiyi məlumata görə, Azercell bir çox media quruluşları ilə ayda 50 manatlıq kontur paketi hesabına anlaşıb və bu səbəbdən də həmin media quruluşları Azercell-in bütün qanunsuzluqlarına göz yumur.