Maqnitudası 4,4 olan zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub
Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinmə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 08:05-da İran ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4,4, dərinliyi isə 13 km olub.
Qeyd edək ki, iki gün öncə də Azərbaycanda zəlzələ qeydə alınmışdı. Yerli vaxtla saat 12:24-də Pirquludan 13 km cənubda Şamaxı ərazisində baş verən zəlzələ olunmayıb.