“Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları..."

19-12-2014, 17:32   
“Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları..."
Bakıdakı ABŞ səfirliyi təkzib edir
ABŞ-ın Azərbaycandakı səfirliyi “Yeni Müsavat” qəzetinin 19 dekabr tarixli manşet yazısına reaksiya verib.

Səfirlikdən musavat.com-a göndərilən açıqlamada “ABŞ Bakıdakı taktikasını dəyişir” sərlövhəli yazıya münasibətdə aşağıdakılar bildirilir:

“ABŞ Səfirliyindən məqalədəki iddialara dair məlumatın şərh olunması xahiş olunmayıb və biz sözügedən məlumatları təkzib edirik. Müvəqqəti İşlər Vəkili Derek Hoqan həqiqətən siyasi partiyaların baxışlarını daha yaxşı anlaması məqsədilə bir sıra partiyalarla görüşlər keçirib. Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil. Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlıq etmək ümidindəyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.