Suriya ordusunun 400 əsgəri terrorçular tərəfindən öldürülüb
Suriya ordusunun 400 əsgəri "Əl-Qaidə" terror qruplaşmasına bağlı Nusra Cəbhəsi tərəfindən öldürülüb.
terror qruplaşması iddia edib ki, daha 200 Suriya əsgəri də girov götürülüb.
Qruplaşma İdlib şəhərində Suriya əsgərlərinin sorğu-sual edilməsi ilə bağlı görüntülərini də yayıb.
Əsirlərdən biri bildirib ki, komandirləri ağır silahları qoyub qaçmağın mümkünlüyü barədə qərargaha məlumat versələr də, onların təklifi rədd edilib.
Qruplaşma Suriya ordusunun 20-dən çox mövqeyini ələ keçirdiyini açıqlayıb.