Həmin səhv yol həm sürücülərin işinə mane olur, həm də eybəcərlik yaradır
Bakının ən hərəkətli yollarından birində tikinti zamanı buraxılan səhv illərdir aradan qaldırılmır. Həmin səhv yol həm sürücülərin işinə mane olur, həm də eybəcərlik yaradır.
Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində inşa olunmuş körpüdə tikinti zamanı səhvə yol verilib və həmin nöqsan indi də qalır: "Bu "buynuz"u hər kimsə götürdə bilsə, böyük savab sahibi olacaq. Gördüyünüz kimi, bu yol qovşağının enişində düz və sola getmək nəzərdə tutulub. Bu "buynuz" isə düz hərəkət etməyi çətinləşdirməklə yanaşı, potensial qəza mənbəyidir".
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev milli.az-a bildirdi ki, məsələ ilə bağlı Yol hərəkətinin təşkili şöbəsini məlumatlandırıb. Həmin şöbənin əməkdaşları əraziyə baş çəkərək baxış keçirəcəklər. Nöqsan aşkarlanarsa, aradan qaldırılacaq.