Baş nazirin qızına aşağı qiymət yazdı: Sinifdən qovuldu

20-12-2014, 14:27   

Türkiyə Baş naziri Əhməd Davudoğlunun qızının qiymətini kəsən müəllim sinifdən uzaqlaşdırılıb.

Virtualaz.org xəbər verir ki, Baş nazir Əhməd Davudoğlunun Ankara Hacı Ömər Tarman Anadolu Liseyinin 9-cu sinfində oxuyan qızı Hacer Bükerin riyaziyyat müəllimi Murat Özerin həmin sinifdəki dərsi əlindən alınıb.

Hadisəyə səbəb Baş nazirin qızının imtahandan zəif nəticə göstərdikdən sonra imtahan kağızlarını görmək istəməsi, müəllimin isə buna icazə verməməsi olub. Məsələyə lisey müdiri Gülten Akyürek də qarışıb. Yeni dərs müəllimi olaraq lisey müdirinin köməkçisi Melike Yetim təyin olunub. Sinifdə oxuyan digər şagirdlərin valideynləri isə buna etiraz ediblər.

Məsələ ilə bağlı Türkiyənin “Cumhuriyyet” qəzetinə açıqlama verən baş nazirin mətbuat xidmətinin rəhbəri Osman Sert deyib ki, müəllimin sinifdən uzaqlaşdırılmasının səbəbi baş nazirin qızına aşağı qiymət yazması deyil. Onun sözlərinə görə, Baş nazirin qızının imtahan kağızlarını görmək istəməsi normaldır: “Bu hadisəni şagirdin atasının Baş nazir olması ilə əlaqələndirmək olmaz”.

Məktəb müdiri Gülten Akyürek isə bu mövzu ilə bağlı heç bir açıqlama vermək istəmədiyini deyib.

Xatırladaq ki, Davuloğlunun qızı hələ 9 yaşında olarkən, keçmiş baş nazir Ərdoğana məktub yazaraq “Xahiş edirəm atamı işdən çıxarın” deyə müraciət etmişdi. 9 yaşlı qız bu istəyini atasını işləri səbəbindən az görməsi ilə əsaslandırmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.