“Rusiya Ukraynanın şərqindəki terrorçulara hərbi yardım göstərməyi dayandıran kimi onlar qaçmağa başlayacaqlar”.
Axar.az “Obozrevatel.com”a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş Qərargahının rəisi general-polkovnik Anatoli Lopata çıxış edib.
O, Rusiyanın Donbasda döyüşən banditlərdən qorxduğunu bildirib:
“Bu, Rusiyanın daxili təhlükəsizliyi və stabilliyi üçün böyük təhlükədir. Ona görə də Kreml buradan qaçan bütün terrorçuların hamısı haqqında ölüm qərarı çıxaracaq”.