İŞİD-ə qoşulan vyanalı qızların Suriyadan “öldü“ xəbəri gəldi

21-12-2014, 09:47   
İŞİD-ə qoşulan vyanalı qızların Suriyadan “öldü“ xəbəri gəldiOnlar Qərbdən İŞİD-ə qoşulmuş gənc xanımların rəmzinə çevrilmişdi

Avstriya Respublikasının Bosniya əsilli iki vətəndaşı Suriyada dünyasını dəyişib. Söhbət Vyana şəhərindən İŞİD-ə qoşulmaq üçün Ankaraya uçmuş, oradan isə Suriyaya keçmiş qızlardan gedir. BMT-dən bildirilib ki, vyanalı qızların hər ikisinin ölməsi ilə bağlı deyilənlər doğru olmaya da bilər. Bizdə olan məlumata görə, onlardan biri ölüb, digəri isə İŞİD-ın əlindən qaçaraq aradan çıxıb.

O da qeyd olunur ki, bir sıra ölkələrin kəşfiyyat orqanlarında da oxşar məlumatlar var. Xüsusən İsrail kəşfiyyatı əmindir ki, qızlardan bir sağdır və Suriyanı tərk edib.

Ancaq qızlardan hansının öldüyü, hansının isə terrorçulardan qaçaraq canını qurtardığı bəlli deyil. Avstriyanın APA agentliyi bildirir ki, Samar K və Sabina S. aprel ayında ölkəni tərk edib. Elə o vaxtdan da onların Suriyada terrorçularla bir yerdə olduğu söylənilirdi. Onlar Suriyaya getməmişdən öz dostlarına söyləmişdilər ki, biz Suriyada döyüşmək istəyirik…

Qeyd edək ki, vyanalı qızlarla bağlı Qərb mətbuatında mütəmadi yazılar gedib. Onlar İŞİD sıralarına Qərb ölkələrindən cəlb olunmuş gənc qızların simvollaşmış nümayəndəsi halına gəlmişdi. Bu gənc qızların Suriyada ərə getməsi haqqında da çox yazılmışdı. Onların fotoları isə dəfələrlə Qərb mediası tərəfindən tirajlanıb.



Elbəyi Həsənli, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.