İŞİD terror qruplaşması həkimləri məcbur edir ki, təkcə həlak olan yaraqlıların deyil, həm də yaralı və sağ girovların, o cümlədən uşaqların daxili orqanlarını çıxarsın. Müsavat.com-un məlumatına görə, belə bir sensasion xəbəri “Daily Mail” nəşri iraqlı həkimə istinadən yayıb.
Xəbərdə terror qruplaşmasının orqan alverindən külli miqdarda pul qazandığı, əməliyyatların isə İraqı şimalında zəbt edilmiş Mosul şəhərinin xəstəxanasında həyata keçirdildiyi bildirilir.
“Əməliyyatlar xəstəxanada reallaşdırılır, orqanlar isə qara bazara çıxarılır və əsasən də Səudiyyə Ərəbistanı və Türkiyəyə aparılır”, - mənbə qeyd edir.
İŞİD-in habelə əfqan heroininin 50 faizinin Avropaya daşınmasında da fəal iştirak etdiyi və bundan başgicəlləndirici gəlir götürdüyü deyilir.
Musavat.com