Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qazaxın Daş Salahlısında Mahir Quluyev bəlası

21-12-2014, 16:24   

Şəhidlər Xiyabanının ərazisin satışa çıxaran bələdiyyə sədri yenidən namizəddir

Daş Salahlılar dekabrın 23-də Mahir Quliyevə səs verəcək?

Əgər hansı təşkilatsa bələdiyyə orqanlarında baş vermiş nöqsanlarla bağlı araşdırma aparmaq istəsə, əziyyət çəkib bir neçə bələdiyyənin araşdırılmasına qatılaşmasın. Çox düşünməyə dəyməz. Bu Qazax rayonunun ən böyük kəndi olan Daş Salahlı bələdiyyəsidir.


“Akkord” şirkətlər qrupu Daş Salahlı bəldiyyəsinin ərazisində tikdiyi sement zavoduna görə nə qədər pul ödəyib?

Mahir Quliyev bəhrələndiyi vəsaiti kimə xərcləyib?

Bələdiyyənin ərazisində Azercell və Bakcell-in quraşdırdığı ötürücülərindən Mahir Quliyev necə faydalanır?

Kəndin yolları bərbad vəziyyətdədir.

Mediaxeberleri.az-a adının çəkilməyini istəməyən mənbə bildirib ki, bələdiyyənin nöqsanları haqqında bilgilərini dəqiqləşdirdikdən sonra yenidən müraciət edəcək.

Yəni son 5 ildə Mahir Quliyev kəndin abadlığı üçün heç bir iş görməyib. Amma bütün bunlara baxmayaraq Mahir Quliyev dekabrın 23-də bələdiyyə üzvü seçilmək üçün yenidən öz namizədliyini irəli sürüb.

Mahir bəyin arxasında duran Sərxan kimdir və oğlunun dağıtdığı ailə haqqında sizi yaxın vaxtlarda məlumatlandıracağıq.

Atalar demişkən, utanmasan oynamağa nə var…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar