Bu kişi özünü 12-ci imam elan etdi

21-12-2014, 17:43   
Bu kişi özünü 12-ci imam elan etdi
İrfan adlı şəxs "Gerçək Mehdi mənəm" deyib dəhşət saçdı

Adam Içində Türkiyədə bir kişi özünü 12-ci imam Mehdi elan edərək pəncərəsinin qarşısından keçən hər kəsə tüfənglə atəş açıb. ANS PRESS-in məlumatına görə, açılan güllələr üç polis məmurunu yaralayıb.

Bursada yaşayan İrfan adlı bu şəxs 3 mərtəbəli binanın zirzəmisindəki evinin pəncərəsində əlində tüfənglə dayanaraq ''İrana 'f' əlavə etsən İrfan olur. Gerçək Mehdi mənəm"- deyə qışqırıb.
Vəziyyəti belə görən vətəndaşlar polisi məlumatlandırırlar. Hadisə yerinə gələn polis dəstəsi ərazini mühafizəyə alır.

Polisin xəbərdarlıqlarına fikir verməyən bu kişi, könüllü olaraq binanın önünə gələn jurnalistlərə üzünü tutaraq belə deyib: "Əsl Mehdi mənəm. Bu gün 21 dekabrdır. Gecələrin bitib, gündüzlərin uzandığı bir gündür. İki uşağım var, məndən sonra da onlar vəzifələrini yerinə yetirəcəklər. Məni İranda gözləyirlər. İrana 'f' əlavə etsən İrfan olur".

Kişi bu sözləri söylədikdən sonra jurnalistləri binanın önündən qovur və polislərə atəş açır. Üç polis məmuru yaralanıb və 1 polis maşını zəzədələndi.

Məmurlardan ikisinə hadisə yerinə çağırılmış təcili yardım həkimləri tərəfindən ilkin yardım göstərildi. Ayağından yüngül yaralanan digər polis isə yaxınlıqdakı xəstəxanaya gaparıldı.

Kişinin evdə həyat yoldaşı və uşaqlarından birinin olduğu öyrənildikdən sonra isə, polislər polislər onu sakitləşdirməkdə daha da çətinlik çəkdilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.