Yaxın zamanlarda məsələyə hüquq-mühafizə orqanları ciddi müdaxilə edəcək
Xeyli müddətdir həm bölgələrdə, həm də Bakıda sahibkarlarla bəzi İcra hakimiyyətləri arasında ciddi problem yaranıb. Səbəb isə İcra hakimiyyətlərinin sahibkarları aldatmalarıdır. Belə ki, sahibkarlar gördükləri işin müqabilində almalı olduqları vəsaiti ala bilmirlər.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Modern.az saytına çox ilginc məlumat daxil olub. Xəbərə görə, ayrı-ayrı sahibkarların şikayətləri əsasında iş adamlarını işlədib vəsaitini verməyən İcra hakimiyyətlərinin siyahısı hazırlanıb. Yaxın zamanlarda məsələyə hüquq-mühafizə orqanları ciddi müdaxilə edəcək.
Hətta bəzi İcra Hakimiyyəti başçılarının məsələ ilə bağlı xəbərdarlıq aldıqları, çox yaxın zamanda sahibkarların pullarını ödəməyəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqlarından xəbərləri var. Son məlumata görə məsələnin bu həddə gəlməsinə səbəb bəzi İcra hakimiyyətlərinin qanunsuz əməlləri nəticəsində sahibkarlara çatacaq vəsaitin fantastik həddə çatmasıdır.
Bəzi İcra hakimiyyətləti sahibkarlarla heç bir müqavilə bağlamadıqlarına güvənərək, məsələdən bir növ itkisiz çıxmağa çalışırlar. Nədən ki, onlar sahibkarları müqaviləsiz işlədiblər və görülən işə görə sahibkarların vəsitini xərclədiblər. Ancaq indi məsələ ciddi olduğundan bütün narazı salınan sahibkarların şikayəti araşdırılır.