Ukraynada terrorçular arasında edam təhdidi

22-12-2014, 11:48   
Ukraynada terrorçular arasında edam təhdidi



Ukraynada dövlətə qarşı döyüşən qiyamçı hərbi birləşmələrin şəxsi heyəti arasında nizam-intizam tədbirləri gücləndirilib.

Musavat.com-un xəbərinə görə, bu barədə "İnformasiya müqaviməti"nin rəhbəri Dmitri Tımçuk sosial şəbəkədə yazıb.

"Ayrı-ayrı komandirlərin və sıravi terrorçuların "Mərkəzi hakimiyyət"ə tabe olmaqdan imtina etməsi fiziki təzyiqlərə, hətta ölüm cəzasının tətbiqinə səbəb ola bilər", - Tımçuk yazır.

Tımçuk onu da qeyd edib ki, ötən istirahət günlərində Luqansk və Donetsk vilayətlərində qoşun birləşmələrinə daxil olan döyüşçülərin bir qismi Ukrayna qoşunları ilə təmas xəttindən geriyə çəkilib.

"Bu proses müəyyən nahiyələrdə müşahidə olunmur, xüsusilə də düşmən öz qoşunlarını Pervomaysk-Lisiçansk zolağındakı ön xəttdə, eləcə də Donetsk, Telmanovo, Novozavosk və Baxmut şosesində saxlamaqda davam edir", - Tımçuk xəbər verib.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.