Strategiya.az-a verilən məlumata görə, bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) İdarə Heyəti növbəti iclasını keçirib. İclasda BMAM sədri, politoloq Rufiz Qonaqov çıxış edərək, 2014-cü il ərzində mərkəzin həyata keçirdiyi lahiyələr və gördüyü işlər haqqında danışaraq 2015-ci ildə mərkəz qarşısında duran vəzifələri açıqlamışdır.
İdarə heyəti üzvləri gündəlikdə duran məsələlər ətrafında çıxış edərək 2014-cü ildə Mərkəzin fəaliyyətini yüksək qiymətləndirmiş, bu fəaliyyətə görə BMAM sədri Rufiz Qonaqova İdarə Heyəti adından öz təşəkkürlərini bildirmişlər.Çıxışçılar BMAM-ın ölkənin ictimai həyatında xüsusi çəkisinin olduğunu bildirərək, növbəti 2015-ci ildə də qarşıda duran vəzifələrin öhtəsindən layiqincə gələ biləcəklərini qeyd etmişlər.
Gündəlikdə duran vacib məsələlərdən biri olaraq BMAM-da İdarə Heyətinin qərarı ilə Katiblik yaradılmış, Novruz Eyvaz oğlu Dadaşov yeni yaradılmış Katibliyin rəisi təyin edilmişdir.
İclasda qərara alınmışdır ki, Mərkəzin növbəti illik Ümumi Hesabat Seçki Yığıncağı 2015-ci ilin yanvar ayı ərzində keçirilsin. Ümumi Yığıncağa hazırlıqla bağlı yeni yaradılmış katiblik yanında Təşkilat qrupu yaradılmışdır. Qərara alınmışdır ki, 1 ay müddətində BMAM-ın növbəti Ümumi Yığıncaq nümayəndələri seçilsin.