“İŞİD dünyanın fəthinə şübhə edən üzvlərini öldürəcək” - Foto

22-12-2014, 19:13   

İraq və Suriyaya gedərək İŞİD-i yerində araşdıran ilk avropalı jurnalist Yürgen Todenhöfer müşahidələrini qələmə alıb.

Axar.az xəbər verir ki, jurnalist təşkilatın gözləniləndən daha güclü və təhlükəli olduğunu söyləyib. 50 ildir ekstremal jurnalistikada olan alman reportyor ilkə imza ataraq, İraq və Suriyada İŞİD liderləri ilə görüşüb.

Bu görüşlərdən sonra kitab yazmağı planlaşdıran Todenhöfer ilk təəssüratlarını alman mətbuatına bölüşüb. Onun fikrincə, İŞİD Qərbin müdaxiləsi və hava əməliyyatlarıyla deyil, İraqdakı sünnilərlə danışıqlar nəticəsində yox edilə bilər.

Bölgədə İŞİD-ə verilən dəstəyi izah edən Yürgen qeyd edib ki, buna bənzər bir vəziyyəti daha əvvəl heç bir döyüş bölgəsində görməyib. Mosulda 5 minə qədər İŞİD üzvü olduğunu deyən 74 yaşlı Todenhöfer, “ABŞ buradakı adamları vurmaq istəsə, bütün Mosulu yerlə bir etmək məcburiyyətindədir”, - söyləyib.

Onun yazdığına görə, təşkilat içində İŞİD-in dünyanı fəth etmək istədiyini inkar edən və Quranın şərh etmə formasını mənimsəməyən hər kəs öldürüləcək. Alman jurnalistə təşkilat liderləri deyiblər ki, qızlara da təhsil verməyi planlaşdırırlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.