Məntəqə sədri müşahidəçilərə və musavat.com-un əməkdaşına zor tətbiq edib

23-12-2014, 17:31   
Məntəqə sədri müşahidəçilərə və musavat.com-un əməkdaşına zor tətbiq edib
Bəzi seçki məntəqələrində jurnalistlərin və müxalif partiya müşahidəçilərinin məntəqə sədrləri tərəfindən təhqir edilməsi, onlara qarşı zor tətbiq olunaraq, ərazidən uzaqlaşdırılması barədə musavat.com-un redaksiyasına məlumatlar daxil olmaqdadır.

9 saylı Binəqədi 2-ci Seçki Dairəsinin 9 saylı məntəqəsində Müsavat Partiyasının müşahidəçisi Əhəd Məmmədli seçki məntəqəsindən qovulub.

Musavat.com-a açıqlamasında o, seçki məntəqəsinin sədri Elmar Həşimov tərəfindən seçki məntəqəsindən zorla çıxarıldığını və təhqir edildiyini bildirib.

Onu da qeyd edək ki, məntəqə sədri Elmar Həşimov baş verən qanun pozuntularını müşahidə edən Müsavatın səlahiyyətli nümayəndəsi Elşən Həsənovu və musavat.com-un əməkdaşı Cavanşir Abbaslını da təhqir etməkdən, onları hədələməkdən belə, çəkinməyib: "Sizin adlarınızı yuxarı orqanlara göndərəcəyəm".

Bununla da kifayətlənməyən məntəqə sədri Elmar Həşimov Müsavat Partiyasının təmsilçisini və musavat.com-un əməkdaşını polisləri çağırmaqla, məntəqədən uzaqlaşdırtdırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.