Mətanət Əzizova ölkəni tərk etdi

4-05-2014, 13:18   
Mətanət Əzizova ölkəni tərk etdi
Aldığımız məlumata görə Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova artıq ölkəni tərk edib

O xarici ölkələrin birindədir.

Leyla Yunusun işinə görə sorğuya dəvət olunacağı ehtimal edilən Mətanət Əzizova bu risqi gözə alıb.

Amma yaxın günlərdə eyni iş üzrə Rəna Səfəriliyevanın həbs olunacağı gözlənilir.

Mənbəmizin verdiyi məlumata görə Leyla Yunus Rəna Səfərəliyevanın adına bir qrant layihəsi alsa da maliyyə hesabatılarını verməyib. Bu da hər iki şəxsin məsuliyyətə cəlb olunamsı üçün əsas gətirilə bilər.

M. Əzizova bir neçə gün öncə “Ayna-Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirovun işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb və ifadəsi alınıb.

Bu gün Mətanət Əzizovanın evində hüquq-mühafizə orqanlarının axtarış aparması xəbəri yayılmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.