Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham Əliyevin idarə etdiyi avtomobillər

24-12-2014, 19:25   
İlham Əliyevin idarə etdiyi avtomobillər
Azərbaycan Prezidenti «Maybach 62»ni və «Mercedes-S600»-ü özü də idarə edir. Zaman-zaman müxtəlif ölkələrin prezidentlərinin avtomobilləri mətbuatda müzakirə mövzusu olub. Hətta, həmin maşınların texniki göstəricilərindən tutmuş qiymətinə qədər müzakirələr aparılıb. Yenilik.az avtosfer.az-a istinadən prezident İlham Əliyevin avtomobillərindən və avtomobilə olan münasibətindən bəhs edir.

Bəri başdan bildirək ki, dövlət başçısı rəsmi səfərlərdə zirehli «Maybach 62» limuzinindən istifadə edir. Bundan başqa, Prezidentin ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış «Mercedes-Benz W221 S600 Guard Pullman» zirehli avtomobil də var. Zirehli «Maybach 62»nin başlanğıc qiyməti 352 min dollardır. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır.

Azərbaycan Prezidentinin istifadə etdiyi digər avtomobil «Mercedes-Benz W221 S600 Guard Pullman» dünyada ən bahalı və lüks maşınlar siyahısında liderərdən biridir. Bu avtomobilin başlanğıc qiyməti 500 min avro civarındadır. «Mercedes-Benz W221 S600 Guard Pullman»ın qiyməti də dizayn və salonda edilən dəyişikliklərdən asılı olaraq dəyişir.

Prezident İlham Əliyevin ideal avtomobil zövqü var. Dövlət başçısının özünün də bəzən sükan arxasında oturması onun avtomobil həvəskarı olduğuna işarədir. Təsadüfi deyil ki, cənab Prezident bəzən ölkəmizə səfərə gələn ali qonaqlarla məhz öz avtomobilində gəzintiyə çıxır və bu zaman sükan arxasında özü əyləşir. Məsələn, Türkiyənin keçmiş prezidenti Abdullah Gülün Azərbaycana prezident kimi ilk səfərində İlham Əliyev belə bir jest etmişdi. Bu da, əlbəttə, səmimiyyətdən və qardaş Türkiyəyə verilən dəyərdən irəli gələn addımdır.

Bundan əlavə, Prezident İlham Əliyev ölkəmizdə yeni salınan yolların demək olar ki, ilk istifadəçisi olur. Dövlət başçısı özü şəxsən sükan arxasına əyləşərək yolu sınaqdan keçiririr.Yenilik.Az:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar