Spaskaya qülləsi Yeni il şənliyində Moskva sakinlərini sevindirə bilməyəcək Moskva sakinləri isə 2015-ci ili ötən illərdən fərqli qarşılayacaq.
ANS TV-nin məlumatına görə, Rusiyanın dünyaca məşhur memarlıq abidəsi sayılan “Kreml saatı” bir həftə sonra keçiriləcək Yeni il şənliyində Moskva sakinləri və qonaqlarını sevindirə bilməyəcək. Söhbət hər il dekarbrın 31-də Qırmızı meydanda geriyə sayım mərasiminin baş tutduğu Spaskaya qülləsinin saatından gedir.
Hazırda qüllədə restovrasiya işləri davam etdiyindən, “Kreml saatı” Yeni ilin gəlişini meydana toplaşan izdihama zinqirov səsilə xəbər verə bilməyəcək.