Dünyanın ən böyük ordusuna müharibə əmri verildi

24-12-2014, 23:11   
Dünyanın ən böyük ordusuna müharibə əmri verildi


Çin Xalq Respublikasının sədri Si Tszinpi təcili olaraq yüksək səviyyəli məmurlarla görüş keçirib.

Axar.az xəbər verir ki, Tszinpi ötən gün müharibə hazırlığı üçün əmr verib.

Ekspertlər bu dəfəki müharibə hazırlığının, digərlərindən ciddi şəkildə fərqləndiyini bildirirlər. Pekinin orduya müharibə əmri verməsinin Vaşinqton-Moskva münasibətlərinin kəskinləşdiyi bir dövrə təsadüf etməsi diqqətləri çəkib.

Hərbi mənbələrə istinadən verilən məlumatda Tszinpi hərbi məntəqələrdə müharibə hazırlıqlarının artırılmasını tələb edib. Belə bir əmrin verilməsində Hindistanla olan rəqabətin də rol oynadığı vurğulanır.

Çin və Hindistan qoşunları arasında Şərqi Ladak bölgəsində fasilələrlə kiçik münaqişələr yarandığı bildirilib. Çin ordusunun komandanı Fanq Fenqhuinin də iştirak etdiyi iclasda Tszinpi ordunun hazırki durumundan razı olmadığını bildirib.


Çin rəhbəri Si Tszinpi ordudakı qanunsuzluqlarla bağlı apardığı istintaqlarla tanınır. Belə ki, sədr ölkədə ordu ilə bağlı keçirilən təntənəli mərasimlərin də qarşısını alıb.

Qeyd edək ki, Çin 2 milyon 285 min nəfərlik orduya sahibdir. Bu isə dünyanın ən böyük ordusu deməkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.