Çuxuryurdda bələdiyyə sədri postu satıldı

26-12-2014, 01:14   
Çuxuryurdda bələdiyyə sədri postu satıldı
Artıq ilkin nəticələri Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşən bələdiyyə seçkiləri ilə bağlı demək olar ki, ölkənin bütün bölgələrindən şikayətlər gəlir. Bu sırada diqqət çəkən məqamlardan önəmlisi öncədən nəticələri haqda söz-söhbət gəzən seçkilərdir. Bələdiyyə seçkilərindən az öncə Şamaxı rayonu ilə bağlı məlumat vermişdik. 85 saylı Şamaxı seçki dairəsi, 46 saylı Çuxuryurd məntəqəsində keçirilən seçki ilə bağlı "Şamaxıda Çuxuryurd bələdiyyə sədrliyi auksiona çıxarılıb" başlıqlı yazımızda rayon rəhbərliyi ilə bu kəndin bələdiyyə sədrinin kim olduğunun razılaşdırıldığını bildirmişdik. Rayondan ANAXEBER.TV-ye daxil olan məlumatda bildirilirdi ki, Soltanpaşa Məlikov adlı şəxs 80 min müqabilində bələdiyyə sədrliyini satın alıb. Seçkidən bir gün öncə yayımladığımız xəbər öz təsdiqini tapıb. Belə ki, S.Məlikov seçicilərin böyük əksəriyyətinin "səsini qazanıb" və onun bələdiyyə sədri olması artıq gerçəkləşir.
Şamaxı rayon Çuxuryurd kəndində bələdiyyə seçkiləri və "seçilmiş" bələdiyyə sədri haqda anaxeber.tv-ye daha yeni məlumatlar daxil olub. Mənbəmizin sözlərinə görə S.Məlikov yuxarılarla bazarlaşandan sonra onun qarşısına həm də səs toplamaq öhdəliyi qoyulub. Geniş maddi imkanlara malik namizəd də dərhal fəaliyyətə keçib. Mənbəmizin sözlərinə görə o, Çuxuryurdda o qədər vədlər verib ki, az qala İsrail-Fələstin münaqişəsinin həllini də boynuna götürəcəkmiş: "Bu vədləri Soltanpaşa özü də gizlətməyib. Hər yerdə açıq aşkar deyirdi ki, ev tikənlərə ucuz daş verəcəm, ehsanlara maddi yardım edəcəm, buna görə də mənə səs verəcəklər". Eyni zananda S.Məlikovun seçki günü özü haqqında pulla yazdırdığı tərifli yazı dərc olunan məqaləni kənddə paylayaraq seçki qanununu pozması da gələn məlumatlar sırasındadır.
Kənd sakini olan mənbəmiz bildirir ki, S.Məlikov özünə o qədər arxan olub ki, seçki günü məntəqənən təxminən 100 metr aralıda özünə məxsus moteldə oturub səhər saatlarından qələbəsini qeyd edib və ziyafət təşkil edib. Yeri gəlmişkən, mənbəmiz S.Məlikova məxsus bu motelin kənar məqsədlər üçün istifadə olunduğunu bildirir. Amma bu məsələ indiki yazımızın mövzusu olmadığından S.Məlikovla bağlı digər məlumatları növbəti yazımıza saxlayırıq. Bizi izləyin...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.