Bir neçə gün öncə Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun rayon icra başçısının sürücüsünü ağır şəkildə döydüyü, hətta Xəqani adlı sürücünün gözünün altında bu günə qədər həmin zərbələrin izinin qaldığı haqda xəbərlər yayılmışdı. Bu xəbərlə bağlı yeniaxtaris.az saytının əməkdaşı dünən Tofiq Sadıqovun özü əlaqə saxlayıb. Təhsil müdirinin açıqlamasında yer alan iddiaların maraq kəsb etdiyini nəzərə alaraq onu olduğu kimi diqqətinizə çatdırırıq: "Tofiq Sadıqovun iddiasına görə, Beyləqan rayonunda yerləşən "Xan Bağı” adlanın restoranda həqiqətən də icra başçısının sürücüsü döyülüb. Onun sözlərinə görə, bu "qəhrəmanlığı” reallaşdıran şəxs o deyil, icra başçısının özü olub. Tofiq Sadıqov iddasının sübutu kimi Vaqif Abdullayevin içkili olan zamanlarda müavini Məmməd Qələndərovu iş otağında ağır şəkildə təhqir etdiyini bildirib".
Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin mövqeyini yayımlamağa hazırıq.