Bakının mərkəzinə ən yaxın qəsəbə olan Bayılın mərkəzi küçəsinin adı dəyişdirilib.
Qəsəbədəki Qurban Abbasov küçəsinin adı dəyişdirilərək Neftçi Qurban edilib. Artıq yeni adı özündə əks etdirən lövhələr də küçə boyunca divarlara bərkidilib.
Qeyd edək ki, 2012-ci ildə Dövlət Bayraq Meydanının yaxınlığından 8 zolaqlı yol çəkilənə kimi avtomobillər Bakının mərkəzinə cənub istiqamətindən məhz Qurban Abbasov küçəsi ilə daxil olurdu.