Nüfuzlu alman nəşri: “2015-ci ildə Putin devriləcək...”

28-12-2014, 09:50   
Nüfuzlu alman nəşri: “2015-ci ildə Putin devriləcək...”
NATO-da Rusiya prezidenti Vladimir Putinin 2015-ci ildə devriləcəyini istisna eləmirlər. Musavat.com-un məlumatına görə, bu barədə şənbə günü Almaniyanın ən nüfuzlu nəşri “Bild” yazıb. Lakin qəzet alyansdakı mənbələrini açıqlamayıb. Bununla belə, Putinin hakimiyyətdən getməsi mümkünlüyünün alman hökumət dairələrində də mümkün hesab edildiyini vurğulayıb.

“Rusiyada iqtisadi böhran – xarici borcun artması, zəifləyən konyukturlar, rublun dəyərdən düşməsi lider üçün çox təhlükəlidir” – nəşr NATO ekspertlərinin qənaətlərinə istinadın yazır. Qəzetin iddiasına görə, “yüksək səviyyəli ekspertlər” artıq Putinin getməsindən sonra situasiyanın inkişaf ssenariləri üzərində işləyirlər.

Qərb strateqləri hesab edirlər ki, sanksiyalar və gəlirlərin azalması səbəbindən Putinə qüdrətli oliqarxların təzyiqi gələn ilin sonu üçün o dərədəcə güclənək ki, o, sadəcə, çıxıb getməli olacaq.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.