Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənilər kitab buraxdı: “Bizi türklər xilas edib”

28-12-2014, 10:01   

“Erməni soyqırımı” vaxtı erməniləri xilas edən türklərin həyat hekayələri kitab halında çap olunub.

Axar.az xəbər verir ki, 1915-ci ildə Osmanlı hökumətinin köçürülmə qərarı ilə başlayan və Krım türkləri sayəsində xilas olan ermənilərin köç hekayələri “Məni xilas edən türk” layihəsi daxilində bir yerə toplanaraq çap olunub.

İngiltərə Xarici İşlər naziri və İngilis Millətlər Cəmiyyəti ofisinin dəstəklədiyi “100 il... Gerçək hekayələr” başlığı ilə yayımlanan layihə Ermənistanın “Armedia” Agentliyi və Avropaya İnteqrasiya təşkilatı sayəsində həyata keçirilib.

47 gerçək hadisənin yer aldığı kitab Erməni Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən ingiliscə, ermənicə və türkcə nəşr edilib. Pulsuz paylanılan kitabın Türkiyə koordinatlığını jurnalist Aris Nalçı boynuna götürüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar