Dekabrın 27-də DİN Baş Dövlət Yol Polisi İdarəsi Xaçmazda reyd keçirib. Reyd zamanı Rusiyadan gələn və avtomobili plyonka ilə idarə edən sürücü saxlanılıb.
Avtosfer.az yazır ki, sürücü saxlanılmanın səbəbinin plyonka olduğunu öyrəndikdə polislərin və jurnalistlərin qarşısında oynamağa başlayıb.
Bununla DYP-yə etiraz etdiyini deyən gənc bildirib ki, Rusiyadan Azərbaycana gələrkən Dağıstanda da yol polisləri onu saxlayıb. Bu dəfə maşının qabaq şüşələrində plyonka olduğu üçün saxlanıldıqlarını deyən sürücünün sözlərinə görə, Rusiya polislərinə 200 rubl (3 manat) “hörmət” edib və onu buraxıblar:
“Heyf deyil rus polisləri! O dəqiqə adamı başa düşürlər. Amma bizimkilər saxlayan kimi 150 manat cərimə yazırlar”.
Yol polislərinin iştirakı ilə avtomobilin plyonkaları söküldükdən sonra sürücü barəsində inzibati protokol tərtib olunub.
[media=https://www.youtube.com/watch?v=V7H7VQcQBqs]