Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.
Hüquq müdafiəsçisi, İşçi qrupunun üzvü Səidə Qocamanlının musavat.com-a bildirdiyinə görə, onların təqdim etdiyi 27 nəfərlik siyahıdan 10 nəfər azadlığa çıxacaq. Bu şəxslərin arasında 3 nəfər "hicab məhbusu", iki nəfər "İsmayıllı məhbusu", vəkil Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli, nidaçılar Zaur Qurbanlı, Üzeyir Məmmədli, jurnalist Əvəz Zeynallı da var.
S.Qocamanlı bildirib ki, qismən də olsa, gözləntiləri doğrulub, yeni ildə əfv olunması vacib olan digər məhbuslardan ibarət yeni siyahı hazırlanacaq və Prezident Administrasiyasına təqdim olunacaq.