ŞOK: BEYLƏQAN TƏHSIL MÜDIRINDƏN LEYLA YUNUSA DƏSTƏK

29-12-2014, 20:59   
ŞOK: BEYLƏQAN TƏHSIL MÜDIRINDƏN LEYLA YUNUSA DƏSTƏK
Beyləqan RTŞ-nin müdiri prezident İlnam Əliyevin ad günündə doslarıilə keçirtdiyi məclisdə sağlıq qaldıraraq- tost deyib. Bu barədə azerinews.tv -yə ilginc məlumatlar daxil olub. Məclisdə iştirak edən şəxslərdən birinin məlumatına görə, Beyləqan Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov rayonda fəaliyyət göstərən restoranların birində (adını çəkmirik ki, reklam olar) özünün təşkil etdiyi ziyafət məclisində sağlıq qaldırıb. O, deyib: "Cənab prezident, bu gün sizin doğum gününüzdür. Ailənizlə yəqin çox gözəl bir ad günü keçirirsiz. İlqar Məmmədov, Leyla Yunus, İntiqam Əliyev kimi onlarla siyasi məhbusumızın da haqqıdır ki, sizin kimi ailəsilə ad günü keçirsin, doğum gününüz mübarək olsun cənab prezident" və içki rumkalarının sona qədər içilməsini israr edən baş müəllim ölkə başçısına dualar etməsinidə unutmayıb. Mənbənin verdiyi məlumatlarda o, hüquq müdafiəçisi Leyla Yunusun aqibətinə ağrıdığını və onun həbsdən azad olmasını da arzulayıb. Daxil olan ən son məlumatlarda oda bildirilir ki, Tofiq Sadıqov təşkil etdiyi ziyafət məclisində dostlarından (gələcək yazılarda həmin dövlət məmurlarının da adlarını qeyd edəcəyik) ona bu yolda dəstək olmalarınıda rica edib. Bildirək ki, Tofiq Sadıqov qatı müsavatçı və 2003-cü il prezident seçkilərində sonra dövlət çevrilişinə cəhtdə günahlandırılaraq həbs olunmuş keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin ən yaxın tərəfdarlarından biri olub.
Qarşı tərəfində mövqeyin dinləməyə hazırıüq
Azerinews.tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.