Amerikalılar Putinin yalanını ifşa etdi

29-12-2014, 22:12   
Amerikalılar Putinin yalanını ifşa etdiABŞ statistika qurumunun məlumatları Rusiya prezidenti Putinin Moskva ilə Vaşinqton arasında ticarət dövriyyəsinin həcmi ilə bağlı dediklərini şübhə altına alıb.

Putin dekabrın 22-də Dövlət Duması və Federasiya Şurasının üzvləri ilə görüşdə bildirib ki, ABŞ-la ticarət dövriyyəsi 7%, bu ölkədən idxal 23% artıb.

Lakin The Washington Post qəzeti bəyan edib ki, Putinin açıqlaması ABŞ-ın ticarət statistikası ilə ziddiyyət təşkil edir. «Bu rəqəmlər nəinki Putini, ABŞ-ın Ticarət Nazirliyini də təəccübləndirib. Onların məlumatına görə, 2014-cü ildə Rusiyaya ixrac 1% artıb, Rusiyadan idxal isə 13% azalıb. Fərq çox böyükdür», - deyə nəşr qeyd edir.


ABŞ statistika qurumunun məlumatına görə, 2014-cü ildə Rusiya ilə ticarət dövriyyəsi ötən iilllə müqayisədə 8,5% (32,95 mlrd dollardan 30,15 mlrd dollara qədər) azalıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.