Qubada bir neçə gün əvvəl baş verən biabırçı hadisə haqqında yeni məlumat var. 2 uşağından birini də götürərək başqa oğlana qaçan gəlinin yeri müəyyən olub.
Bir neçə gün əvvəl Qubada 2 övladından birini və həyat yoldaşını ataraq başqa oğlana qaçan gəlindən xəbər var.Quba polisi 26 yaşlı Tamilla Baxışovanın yerini qaçdığı gün anasına zəng etdiyi nömrə ilə təyin edib.
Məlum olub ki, gəlinin qaçdığı oğlan Şamaxı sakini 23 yaşlı Elçin Baxışovdur. O, Şamaxının Göylər kəndində qeydiyyatda olub. Özü də Sumqayıtda fəhləlik edirmiş. Güman edilir ki, internetdə eyni soyadlı olduğuna görə tanış olublar.
Yazışarkən Tamillaya özünü iş adamı kimi təqdim edən Elçin Baxışov ona müxtəlif vədlər verib. Bu şəkillər isə gəlinin yazışdığı sosail şəbəkədəki profildən götürülüb. Elçin 2 uşaq anası Tamilla Baxışovanı öz valideynlərinin xəbəri olmadan qaçırıb. Valideynləri Şamaxıdakı evlərinə polis gələndən sonra bu hadisədən xəbər tutublar.
Valideynləri Elçinin subay olduğunu bildiriblər. Hazırda hər ikisi ilə əlaqə saxlanıb və onlar polis şöbəsinə çağrılıblar. Qaçırılan Tamilla Baxışovun həyat yoldaşı isə bu işlə bağlı Rusiyadan Azərbaycana gəlir.