İtən təyyarədən gələn son mesaj

29-12-2014, 23:44   
Sərnişinlərin qohumlarından biri qəza ilə bağlı mesaj alıb

İndoneziyada radardan itən Malayziyaya məxsus “Airbus A320-200” tipli sərnişin təyyarəsinin axtarış-xilasetmə əməliyyatları davam edir.
İtən təyyarədən gələn son mesaj
Ötən gün səhər saatlarında yoxa çıxan təyyarənin axtarışına bir neçə ölkə də qoşulub. İndoneziyanın Surabay şəhərindən Sinqapura uçan təyyarənin itməsilə bağlı ehtimallardan biri onun Belitunq adası yaxınlığında qəzaya uğramasıdırsa, digər versiya okeanın dibinə batması ilə bağlıdır. Havaya qalxandan bir saat sonra radarlardan itən təyyarədə 7-si uşaq, 7-si ekipaj üzvü olmaqla, 162 nəfər olub.

“Hökumət baş verən hadisəyə görə təəssüf edir. Milli axtarış və xilasetmə agentliyi, hərbi qüvvələr və bölgə rəhbərliyinin təyyarənin tapılması istiqamətində bütün imkanlarından istifadə etməsinə təlimat vermişik” – deyə İndoneziyanın vitse-prezidenti Yusuf Kalla bildirib.

İndoneziya hökuməti qəzaya uğrayan təyyarədən sərnişinlərin sağ qalma ehtimalının sıfra bərabər olduğunu açıqlasa da, sərnişinlərin qohumlarından biri və təyyarənin qəza enişi etdiyi barədə yazılan mesaj aldığını iddia edir. Sərnişinlərin yaxınları hadisə baş verən andan hava limanına toplaşaraq onların aqibətindən xəbər gözləyir. Təyyarənin tapılması üçün aparılan axtarışlarsa hələki hansısa izi müəyyən etməyə imkan vermir.

Maraqlı məqam odur ki, Malayziya təyyarə sarıdan ikinci belə hadisəni yaşayır. Bu ilin mart ayında Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan 239 nəfərin olduğu “Boing-777” tipli təyyarə də radarlandan itmişdi. Aylarla davam edən axtarışlar heç bir nəticə vermədiyindən həmin təyyarənin aqibətindən bu günə qədər xəbər yoxdur.

Həmin o Malayziya təyyarəsinin axatırışı “tarixdə ən çətin axtarış əməliyyatı” adını aldı. Çünki, 12 dövlət birləşib okeanda axtarışa çıxdı, lakin bir qalıq da olsa, tapılmadı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.