Rafil Hüseynovun məzuniyyətdən qayıtdıqdan sonra işdən çıxarılacağı deyilir
Masallının icra başçısı Rafil Hüseynov məzuniyyətdə olsa da, rayonda onunla bağlı daha bir xəbər yayılıb. JAM.AZ-a verilən məlumatda deyilir ki, icra başçısı məzuniyyətdən gəldikdən sonra işdən çıxarılacaq. Onun başqa bir rayonu rəhbər göndərilib, göndərilməyəcəyi isə məlum deyil.
Mənbənin iddiasına görə, bu barədə xəbər Masallı İcra Hakimiyyətindən sızıb. Və bundan sonra bəzi idarə və müəssisə rəhbərləri narahat olmağa başlayıblar. Hətta İcra Hakimiyyətində çalışan bəzi məmurlar da bu hadisə baş verəcəyi təqdirdə, düşəcəkləri durumu müzakirə edirlər.
Məlumatı dəqiqləşdirməyə çalışırıq.