Malayziyanın yoxa çıxmış “Air Asia” şirkətinin QZ8501 reysli təyyarəsi dənizdə bataraq suyun dibinə gedib.
Axar.az-ın xəbərinə görə, İndoneziyanın axtarış-xilasetmə agentliyinin rəhbəri belə deyib.
Agentliyin rəhbəri Bambang Soelistyo söyləyib ki, ehtimallar təyyarənin sonuncu rabitə seansı vaxtı müəyyən edilmiş koordinatlarına əsaslanır.
Təyyarə QZ8501 reysilə İndoneziyadan Sinqapura uçurdu.
Göyərtəsində 162 nəfərin olduğu təyyarənin dispetçer xidmətilə əlaqəsinin kəsildiyi bildirilir.
QZ8501 uçan sərnişin təyyarəsinin Bakı vaxtilə 03:24 saatda yoxa çıxdığı qeyd olunur.
Xəbərlərə görə, Airbus A320-200 təyyarəsilə rabitə uçuş başladıqdan 2 saat sonra itib, həmin anadək isə uçuşun normal keçdiyi qeyd olunur. İndoneziya hərbi aviasiyası və Sinqapur təyyarəsi Yava dənizi üzərində axtarış işləri aparırlar.