Yanvarın 1-dən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız elektron sistemlə aparılacaq
2015-ci il girər-girməz Azərbaycan səhiyyəsində yeniliklərin tətbiqinə başlanıldı.
Azərbaycanda stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı üzrə yeniliklər tətbiq ediləcək.
Bu il yanvarın 1-dən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı" moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək.
Bununla yanaşı, gün ərzində daxil məlumatın çap edilərək arxivləşdirilməsi də təmin ediləcək.