“Mənə atılan daşlardan ev tikməyin tərəfdarı olmuşam” - Xədicə İsmayıl həbsxanadan yeni müraciət yolladı

1-01-2015, 19:33   
“Mənə atılan daşlardan ev tikməyin tərəfdarı olmuşam” - Xədicə İsmayıl həbsxanadan yeni müraciət yolladı
Həbsdə olan jurnalist Xədicə İsmayılova son günlərin hadisələri haqda öz fikirləriniı Azadlıq Radiosunun redaksiyasına göndərib. Sayt da onun şifahi dedikllərini birləşdirərək yazı halında oxucularına təqdim edib.

X.İsmayıl öncə Azadlıq Radiosunun qapadılması hadisəsinə münasibət bildirib: “AzadlıqRadiosu barədə xəbərləri həbsxanada həyəcanla izləyirəm. Ümid edirəm, həmkarlarım ruhdan düşməyib, möhkəmdirlər. AzadlıqRadiosu soyuq müharibə dövründə üzləşdiyi rəftarla üzləşir. Təəccüblü deyil. Bu gün Azərbaycan rəhbərliyi modernizmin, azad sözün, demokratiyanın əleyhinə seçim edir. Bu, təkcə bizim üçün yox, həm də rejim nümayəndələrinin özü üçün yanlış seçimdir”.

Azadlıq Radiosunun həqiqətləri söylədiyi üçün susdurulmağa çalışıldığını yazan X.İsmayıl daha sonra bunları deyib: “Amma susmayacaq. Müasir dünyada susdurmaq asan deyil. Bu gün hər kəs AzadlıqRadiosu, hər kəs doğru söz carçısı ola bilər. Bu imkandan yararlanmaq vaxtıdır!”

“Mənə atılan daşlardan ev tikməyin tərəfdarı olmuşam, hər zaman” deyə yazan X.İsmayıl eyni zamanda bildirib ki, bu gün hər kəsin məsuliyyətini dərk etməsi üçün gözəl imkandır: “Radionu hər hansı maliyyə və ya vergi cinayətində günahlandırmaq absurddur. Bu nağıllara heç kim inanmır. Şahvələd Çobanoğluna da heç bir ləkə yapışdırmaq mümkün olmayacaq. Azərbaycanın ən vicdanlı insanlarından birinə qara yaxmağa çalışırlar. Rejim get-gedə absurdun dibinə yuvarlanır, amma ən əsası, Şahvələd bəy, İntiqam bəy kimi insanları məhz müxalif olduqlarına, vicdan nümunəsi göstərildiklərinə görə həbs etdiyini etiraf etməyə qorxur”.

Jurnalist sonda yenə həmkarlarına müraciət edib: “Mənim əzizlərim, möhkəm olun! Heyf ki, yanınızda deyiləm, çətinliklərə sinə gərməkdə yardımçı ola bilmirəm. Əminəm ki, bu sınaq iradəmizi daha da möhkəmləndirir.

AzadlıqRadosunun azad sözü çatdıran, fərqli düşüncəyə yer verən, doğru xəbər yayan hər bir kəsin, qurumun bu rejim tərəfindən basqıya qalması normaldır. Təbiidir.

Biz, hər bir durumda insanlara Azərbaycan insanına və bəşəriyyətə xidmətimizi davam etdirməliyik. Bütün mümkün vasitələrlə! Sizi çox sevirəm. Sizinlə bir komandada olmaq şərəfdir.

Azad söz və fərqli düşüncəni boğmaq mümkün olmayacaq!

Xədicə.
Kürdəxanı. 31.12.2014”

Hazırladı: Sevinc
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.