Türkiyədə zərər dəymiş istixanaları araşdıran məmur buzda sürüşməmək üçün əkincilərin qucaqlarında gəzib.
Musavat.com-un məlumatına görə, aramsız yağan qar Manisa sakinlərinin dolanışıq qaynağı olan istixanalara böyük ziyan vurub. Manisa bələdiyyəsinin çölçülük idarə başqanı Nedim Zurnacı istixanalara dəyən zərəri araşdırmaq məqsədi ilə əraziyə göndərilib.
Dəyən zərərin miqdarını müəyyən etməyə çalışan Zurnacının burada çəkilən fotoları diqqət çəkib.
Şəkildən məlum olur ki, Zurnacı qarda sürüşməmək üçün iki əkinçinin qucağında gəzərək zərərin miqdarını ölçməyə çalışıb.