Bir müddət əvvəl Azərbaycanda sosial şəbəkələrdə və mobil telefonlarda yayılan intim videoda görüntülənmiş, daha sonra intihar etdiyi, valideynləri tərəfindən psixiatrik müalicə müəssisələrindən birinə yerləşdirilən qızdan xəbər var.
Oxu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, əsl adı Gülnisə olan qızın məlum videosunu internetdə yerləşdirən oğlan – onun Orxan adlı sevgilisi bu hərəkətindən sonra şiddətli qınaq obyektinə çevrilib.
Həm qızın, həm də oğlanın valideynləri yaranmış vəziyyətdən çıxış yolunu gəncin qızla ailə qurmasında görüblər.
Əvvəlcə oğlan valideynlərinin bu qərarına sərt şəkildə etiraz edib, hətta ölkəni tərk edib xaricə gedəcəyi ilə də hədələyib, lakin sonda hədələrə və xahişlərə davam gətirməyərək, qızla ailə qurmağa razılaşıb.
Sosial şəbəkədə yer alan məlumata görə, toy gizli şəkildə, evdə keçirilib və yaxın qohumlardan, qonşulardan belə heç kim dəvət almayıb.
Toydan sonra təzəbəy və gəlin başqa kəndə köçüblər.
Qeyd edək ki, həmin intim görüntülərin yayılması ilə bağlı əldə olunmuş məlumata görə, videonu gənc qızın özü çəkərək, ayrıldığı sevgilisinə göndərmişdi. Həmin şəxs isə bu videonu YouTube-də və digər sosial şəbəkələrdə yerləşdirmişdi.
Sosial şəbəkələrdə böyük səs-küyə səbəb olmuş həmin video sonradan dəfələrlə parodiya obyektinə çevrilmişdi.
Həmin videonu bu keçid vasitəsilə izləyə bilərsiz:
http://vk.com/video77637058_170567009
Yenilik.Az: