1966-cı ildə «Time» nəşri «Allah öldü?» başlıqlı məqalə dərc edəndə bir çoxları kainatın izahı üçün «Allaha» ehtiyac olmadığı fikri ilə razılaşırdı. Lakin bu fikirlərin real olmadığı getdikcə daha çox təsdiqini tapır. Maraqlıdır ki, Allahın mövcudluğu ilə bağlı dəlilləri elm özü irəli sürür.
1966-cı ildə astronom Karl Saqan «Time» nəşrində dərc etdiyi məqaləsində bildirirdi ki, Yerdə kənar həyatın mövcudluğunun iki vacib meyarı var. Bunun üçün düzgün bir ulduz və ondan lazımı məsafədə olan planet olmalıdır. Bundan belə nəticəyə gəlmək olur ki, həyat üçün yararlı sentillion (1 – yanında 21 sıfır) planet var.
Bu iddialara əsasən 1960-cı illərdə Yerdən kənar sivilizasiyaların axtarışı proqramları işə salındı. Böyük ehtimalla bu proqramlar yaxın vaxtlarda nəticə verməli idi. Ancaq illər keçir, kainat isə susurdu. 1993-cü ildə Konqres layihənin maliyyələşdirilməsini dayandırdı. Bununla belə axtarış davam edirdi. 2014-cü ildə isə alimlər heç bir nəticə əldə edə bilmədiklərini etiraf etdilər.
Nə baş verdi? Kainat barədə biliklər artdıqca bəlli olur ki, həyat üçün lazım olan faktorların sayı daha çoxdur. Həyatın mövcudluğu üçün yararlı planetlərin sayı getdikcə azalır. Hətta Yerdən kənar sivilizasiyaların axtarılmasının qatı tərəfdarları da bunu etiraf etməli olub. 2006-cı ildə Piter Şenkel Skeptical Inquirer nəşri üçün yazırdı: «Ettiraf etməliyik ki, əvvəlki qiymətləndimələr bu gün artıq əsasssızdır».
Alimlər etiraf edir ki, Yer də daxil olmaqla həyat üçün yararlı planet yoxdur. Ehtimal nəzəriyyəsi deyir ki, Yerdə həyat olmamalı idi. Bəs Yerdəki həyat nə ilə izah olunur?
«Böyük partlayış» terminin yaradan astronom Fred Hoyl bildirib ki, ortaya çıxan faktlar onun ateist qənaətini ciddi şəkildə sarsıdıb. «Sağlam düşüncə əsasında bu faktların şərhi onu deməyə əsas verir ki, superintellekt sadəcə olaraq fizika, kimya və biologiya ilə oynayır. Bu faktların ortaya çıxardığı rəqəmlər o dərəcədə heyrətləndiricidir ki, mübahisə üçün əsas qalmır», - deyə astronom bildirib.
Oksford universitetinin proessoru Con Lennoks isə yazır: «Kainat barədə nə qədər çox məlumat əldə ediriksə, bir o qədər bizim mövcudluğumuzun səbəbkarının Yaradanın olması barədə gümanlar daha da inandırıcı olur».
Kainat bütün dövrlərin ən böyük möcücəsidir. Bu möcüzə isə kainatdan başqa da Kiminsə olduğuna işarə edir.