“İslam dövləti” adlı terrorçuları nə İraq, nə beynəlxalq güclər dayandıra bilər. Liviya, İraq və Suriyanın vəziyyəti ağırdır. Ölkəmiz qan gölünə çevrilib. Tək yol aramızdakı ixtilaflara son qoymaqdır. Sünni və şiə toplumları arasında problem yoxdur. Bu problemi biz siyasətçilər yaradırıq”.
Axar.az-ın xəbərinə görə, bu sözləri İraqın keçmiş baş naziri Nuri əl-Maliki deyib. İŞİD-in İraqa hücumundan sonra istefaya getməyə məcbur edilən sabiq baş nazir indi prezidentin köməkçisi vəzifəsini daşıyır.
Maliki deyib ki, sünni və şiə ayırımından heç nə əldə olunmayıb. Onun fikrincə, hamının ölkə qarşısında mənəvi borcu var:
“Nə olursa-olsun, İraq vətəndaşlığı ən ümdə məsələdir. Bizim ölkədə sünni-şiə problem yoxdur, bu təriqətlərin üzvləri arasında evliliklər belə var. Biz bu problemi birlikdə həll etməliyik”.