“Forbes” jurnalı Vahid Ələkbərovun fili haqda

5-05-2014, 10:40   
“Forbes” jurnalı Vahid Ələkbərovun fili haqda
Nüfuzlu “Forbes” jurnalınn şərhçisi Kristofer Helman azərbaycanlı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun tutduğu fil haqda yazıb.

Müəllif “Lukoil” şirkətinin dünyanın ən iri neft yatağında-İraqın şimalındakı “Qərbi Kurna” yatağında hasilata başlamasına işarə edir. “Az qala 30 il sonra “Lukoil”un baş direktoru Vahid Ələkbərov nəhayət özünün İraq filini tutdu-dünyanın indiyədək kəşf olunmuş ən iri neft yatağı olan “Qərbi Kurna”da hasilat işləri başladı” deyə müəllif yazır.

Bildirilir ki, dünyanın başının Ukrayna ətrafındakı böhrana qarışdığı bir vaxtda Rusiya neft nəhənfi “Lukoil” İraqın Bəsrə şəhərindən cənubda, Dəcla və Fərat çaylarının kəsişməsində yerləşən “Qərbi Kurna-2” yatağında hasilatın başlamasını bayram edib. Yatağın ehtiyatlarının həcmi 20 milyard bareldir.

“Qərbi Kurna-2” yatağında əvvəlcə sutkada 120 min barrel neft hasil ediləcək. V.Ələkbərov deyir ki, gələcəkdə hasilatı 1.2 milyon barrelə çatdırmağa hazırlaşır. Bu yataq ötən əsrin 80-ci illərinin əvvəllərində sovet geoloqları tərəfindən kəşf olunub. Lakin sonradan Körfəz müharibəsi və İraqa qarşı beynəlxalq sanksiyalar “Lukoil”a bu yatağı açmağa imkan vermirdi. Səddam Hüseynin devrilməsindən sonra “Lukoil” yatağa 4 milyard dollar invstisiya qoyub. Şirkət bu vəsaiti geri qaytara bilmək üçün sutkada azı 400 min barrel neft hasil etməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.