Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şamaxı yolunda dəhşət: 6 nəfər öldü

4-01-2015, 17:24   
Şamaxı yolunda dəhşət: 6 nəfər öldü
Bakı-Şamaxı yolunun Acıdərədən keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, qəza “Şaqman” markalı yük avtomobilinin “Mersedes” markalı minik avtomobilinin üstünə aşması nəticəsində baş verib.

Qəza nəticəsində “Şaqman”ın sürücüsü dünyasını dəyişib. Həmçinin “Mersedes” markalı maşında olan 5 nəfərin hamısı hadisə yerindəcə həlak olub.

Hadisə yerində DYP əməkdaşları və FHN xilasediciləri var.

Əlavə məlumat verməyə çalışacağıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar