Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 4-də saat 15.00 radələrində rayonun Liman şəhərində qeydə alınıb.
Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.
Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hazırda həkimlər qadını xilas etmək üçün lazımi tədbirlər görürlər.
Hadisəni törətmiş F. Həbibov könüllü polisə təslim olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.