Boko Haram terror qruplaşması Nigeriyanın şimal-şərqində yerləşən Baqa şəhərini və yaxınlıqdakı hərbi bazanı ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə Borno ştatından olan senator deyib.
Senator hökumət qüvvələrinin terrorçuların hücumundan sonra hərbi bazanı tərk etdiyini bildirib. Onun sözlərinə görə, şəhər əhalisi qayıqlarla qonşu Çad ərazisinə keçib.
Əldə olunan digər məlumatda isə qeyd olunub ki, şəhərdə evlərin əksəriyyəti yandırılıb, çoxlu sayda ölənlər var.