Kursant yaxşı nəsil-nəcabatdandır.Onun imkanı var.Gücümz yetmir.ÖZƏL

4-01-2015, 21:23   
Kursant yaxşı nəsil-nəcabatdandır.Onun imkanı var.Gücümz   yetmir.ÖZƏL
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına.

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Zkir Qaralov cənablarına

Surəti: Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənov cənablarına

Surəti: Azərbaycan Respublikasının Hərbi Prokuroru Xanlar Vəliyev cənablarına

Bərdə rayon F.B. Köçərli küçəsi ev 32-də yaşayan Tağızadə Yusif Sahibəli oğlu tərəfindən.

ŞİKAYƏT ƏRİZƏSİ

Yazıb Sizə bildirmək istəyirəm ki,övladım Tağızadə ismayıl Yusif oğlu Bakı şəhərində N saylı hərbi hissədə siravi əsgər kimi xidmət edirdi.Onun səhhətində problem yarandığı üçün müalicə olunmaq üçün hərbi hospitala göndərilmişdir.Hərbi hospitalda müalicə olunarkən orda olan kursant tərəfindən döyülərək bədən xəsarəti yetirməklə burnu sındırılmışdır.İşin araşdırılması təhqiqatçı mayor Kamran müəllimə həvalə edilmişdir.Kamran müəllim də öz növbəsində işi araşdırmaq əvəzinə ört basdır etməklə şifahi olaraq mənə bildirmişdir ki,kursant yaxşı nəsil-nəcabatdandır.Onun imkanı var.Sizə köməkdarlıq da edər.Mən bununla razılaşmayanda niyə obyektiv araşdırma aparılmır deyəndə narahat olma haqqınıza çatarsız cavabın aldım.BUNDAN SONRA DOLAYI YOLLA ŞAHİD DÜZƏLDİRLƏR Kİ,GÜYA ÖVLADIM HANSISA ƏSGƏRLƏRİ DÖYÜB ƏLİNDƏN TELEFON,SAAT,PUL ALIB.BU TAMAMİLƏ YALANDIR.BÜTÜN BUNLARIN HAMISI KURSANTIN OĞLUMUN BURNUNU QIRMASINI ÖRT-BASDİR ETMƏK ÜÇÜN HAZIRLANAN MÜDAFİƏ XARAKTERLİ İŞİDİR.

Mən dəfələrlə həmin kursantın barəsində qəbul edilmiş rədd qərarını tələb etsəm də nə mənə,nə də övladıma həmin qərarı verməmişdilər.Bu da hələ də hərbidə ünsürlü təhqiqatçıların olmasının bariz nümunəsidir.Mən inanmıram ki,övladım belə bir işlər görsün.Amma övladımı döyüb burnun sındıraraq bədən xəsarəti yetirmiş şəxsin də cəzasız qalmasını qəbul edə bilmirəm.

Rəhmətlik UlU ÖNDƏRİMİZ demişdir,Hakimiyyət o vaxt sarsılır ki,günahsıza cəza verilə,cinayətkar isə cəzasız qala.Bax bunu qəbul edə bilmərəm.

Odur ki xahiş edirəm övladımın burnunu sınıdıran kursantın barəsində cinayət işi başlanmasına dair rədd edilmiş qərar ləğv edilsin,övladım ekspertizadan keçırməklə tibbi ekspert rəyi alınsın,həmin kursantın və işi rədd edən təhqiqatçının barəsində qanuni tədbir görülsün.

İmza:

Tağızadə Yusif Sahibəyli oğlu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.