Putin böhrana saldığlarından nə umur?
Rusiyanın Ukryanaya təcavüzü Putin hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Tətbiq olunan sanksiyalar, nef qiymətlərinin sürətlə düşməsi Rusiya iqtisadiyyatı ilə yanaşı, keçmiş sovet ölkələrini də çıxılmaz vəziyyətə salıb. Putin, aqressiyasından əl çəkməsə də, attıdığı addımlarının ölkəsini iqtisadi baxımdan məhvə sürüklədiyini, dünyadan təcrid etdiyini dəyərləndirməyə bilməz. Düzdür, Putin, əsasən Qərb ölkələrinin təmsil olunduğu müxtəlif səviyyəli iqtisadi və siyasi toplantılara dəvət olunsa da, bu görüşlərdə ona etinasız yanaşılır, hətta bir çox hallarda bilərəkdən aşağılanır. Ona görə də, Putin təcavüzkalığından tam əl çəkməyəcəyi təqdirdə, Qərbdən har hansı güzəşt olmayacağına əmindir. Onun yaratmaq istədiyi Avrasiya İqtisadi Birliyi də demək olar ki, tamamilə uğursuzluğa dücar olub. İndi Putin və onun siyasi və iqtisadi baxımdan tam yararsz hala gətirdiyi keçmiş sovet ölkələri iqtisadi tənəzzülün siyasi aktivliyə səbəb olmaması üçün çaba göstərirlər. Belə ki, Belarus prezidenti Lukaşenkodan sonra, Qazaxıstan prezidenti də tərəflər arasındakı gərginliyin yumşaldılması, böhranın həlli istiqamətində öz imkanlarından yararlanmaq fikrinə düşüb. Növbəti belə görüşün Qazaxıstanın paytaxtı Astanada keçirilməsi razılaşdırılıb. Görüşdə Rusiya, Ukrayna, Fransa və Almaniya liderləri bir araya gələcək. Artıq Ukrayna prezidenti Petro Poroşenko, yanvarın 15 də Astanada təşkil olunacaq görüşə qatılacağını təsdiqləyib. Göründüyü kimi, Poroşenko toplantıya tək getmir, onu, Sanksiyaların tətbiqində aktiv rol alan, iqtisadi və siyasi baxımdan Avropanın üç ən önəmli ölkəsindən ikisinin lideri müşaiyət edəck. Amma Putini bu görüşdə siyasi baxımdan onun idarəçiliyini təqlid edən Qazaxıstan prezidenti, ən yaxşı halda xalqa və qanunlara qarşı münasibətinə görə Qərbin sanksiyası altında olan Lukaşenko müşaiyət edəcək.