Avtomobil sahibləri biləklərindəki saatla maşını işə salacaqlar
Hyundai avtomobilinə və "Android Wear" ağıllı saata sahib olanlar hər ikisi arasında əlaqə qura biləcəklər. Hyundai şirkətinin yeni tətbiq olan "Blue Link" tətbiqi "Android Wear" sayəsində avtomobili ağıllı saat üzərindən idarə etmək artıq mümkündür. Avtomobil sahibləri maşını işə salmaq və dayandırmaq, qapıları kilidləyib açmaq, avtomobilin yerini tapmaq və ya kömək çağırmaq kimi işləri biləklərindəki saatdan həyata keçirə biləcəklər.
"Blue Link" tətbiqi "ASUS ZenWatch", "LG G Watch", "LG G Watch R", "Motorola Moto 360", "Samsung Gear Live" və "Sony SmartWatch 3" ağıllı saatlarında çalışacaq. İnternet bağlantınız varsa, səslə idarə dəstəyi köməyini də işə salmaq olar.