Azərbaycanlı jurnalistin oğlu intihar etdi

5-01-2015, 10:28   

AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib. Bu barədə Publika.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib. Əməkdaşımıza intihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir. İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış. Hadisənin təfərrüatı araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.