Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədov intihar edib.
APA-nın məlumatına görə, 19 yaşlı Azər Şahismayıl oğlu Məmmədov yanvarın 3-də özünü güllələyib.
Yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib. Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb.
Mərhumun atası Şahismayıl Məmmədov APA-ya açıqlamasında bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir: "O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib".
Ş.Şəmmədoğlu deyib ki, oğlu Azər Məmmədov İstanbul Universitetinin sənaye idarəetməsi fakültəsində oxuyurdu.
Ş.Şəmmədoğlunun bir oğlu və iki qızı var.
Bu gün Azər Məmmədov Qardabaninin Kosalı kəndində torpağa tapşırılıb.
----------
12:05
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlu oğlunun intiharından danışıb.
O, aznews.az-a açıqlamasında oğlunun intiharı ilə bağlı yayılan məlumatı təsdiq edib:
“Bəli, təəssüf ki, belə bir hadisə baş verib. Amma indi bu barədə geniş danışa bilmirəm, sonra danışarıq. Məclisdəyəm, işdir də, olub".
----------
10:36
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun övladı intihar edib.
Milli.Az xəbər verir ki, bu barədə publika.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat veriblər. Hadisə dünən baş verib.
İntihar olayı ilə bağlı xəbər verən soydaşlarımızın sözlərinə görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir.
İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
Hadisənin təfərrüatı araşdırılır.