Azərbaycanda maskalılar evə basqın edib 5 nəfəri döydülər, xeyli pul, qızıl apardılar

5-01-2015, 14:19   
Azərbaycanda maskalılar evə basqın edib 5 nəfəri döydülər, xeyli pul, qızıl apardılar
Göygöl rayonunda maskalı şəxslər evə hücum ediblər.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Üçbulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsa Sovet oğluna məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisənı döyərək bədən xəsarətləri yetirdikdən sonra evdə olan 60 min manata kimi nağd pulu və 15 min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan İsa Alışanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Polis İdarəsində araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.