Oğuz Çətinin oğlu Türkiyədə Yeni il gecəsi dava saldı

5-01-2015, 15:59   
Oğuz Çətinin oğlu Türkiyədə Yeni il gecəsi dava saldı
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənin oğlu Ərdoğan Dəmirörən və “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətinin oğlu Bartu Çətin yeni il gecəsi məşhur restoranların birində davaya səbəb olublar.

restorana birlikdə Yeni ili bayramını keçirməyə gedən Dəmirörən və Çətin digər stolda əyləşən iki nəfərlə mübahisə etməyə başlayıb.

Belə ki, digər masada oturan iki gənc içkili olduqlarından Ərdoğana və Bartuya söz atmağa başlayıb. Federasiya prezidentinin oğlu onları sakitləşməyə çağırdıqda isə tərəflər arasında mübahisə düşüb. Beləcə vəziyyət gərginləşib və yumruq davası başlayıb. Oğuz Çətinin oğlu isə dava zamanı döyülüb.

Aranı sakitləşdirmək üçün həmin restoranda bayram keçirən Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəcbər də məsələyə qarışıb. Sonda olaya polis müdaxilə edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.